Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”

11:21 - 09 / 11 / 2024
Kamaləddin Qafarov: “Dövlət Bayrağımız ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanır”

“Artıq dördüncü ildir ki, Azərbaycan xalqı müstəsna tarixi və siyasi əhəmiyyət kəsb edən 9 noyabr – Dövlət Bayrağı Gününü qalib xalq, qalib ölkə olaraq qeyd edir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Şərqin ilk demokratik respublikasının üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və Nazirlər Şurasının binası üzərində qaldırılıb.

“1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuş bu bayraq 70 illik fasilədən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.”

K.Qafarov 44 günlük Vətən müharibəsinin gedişində qəhrəman hərbçilərimizin müqəddəs Bayrağımızı hər gün yeni azad olunmuş bir yaşayış məntəqəsində dalğalandırmaqla bizə sonsuz qürur yaşatdıqlarını vurğulayıb:

“Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başlanmış Vətən müharibəsinin hər yeni günündə Azərbaycanın Dövlət Bayrağı azad olunmuş növbəti ərazidə dalğalanırdı. Bu proses 44 gün ərzində fasiləsiz davam etdi. Nəhayət, 2020-ci ilin noyabr ayının 10-da Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsilə başa çatdı və bu gün Dövlət bayrağımız artıq ölkəmizin bütövlüyü bərpa olunmuş bütün ərazisində, hər bir şəhər və rayonumuzda, qəsəbə və kəndimizdə əzəmətlə dalğalanır. Keçən il oktyabr ayının 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın Dövlət Bayrağını Xankəndidə şəxsən qaldırmaqla qürurumuza bir daha qürur qatdı. Ulu Öndər Heydər Əliyev milli birliyin formalaşmasında bayrağın rolunu vurğulayaraq demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bu müdrik nəsihəti özünün həyat amalına çevirən Azərbaycan xalqı müqəddəs bayrağımızın altında, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək yaratdığı dəmir yumruqla düşməni məhv etdi, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa elədi”.

Paylaş:
137

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər