DYP piyadalara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP piyadalara müraciət edib

10:53 - 13 / 11 / 2024
DYP piyadalara müraciət edib

DİN-in BDYPİ piyadalara müraciət edib.

İdarədən 1news.az-a verilən məlumata görə, piyada təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən profilaktiki tədbirlərin intensivliyinə baxmayaraq, təəssüf ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları arasında problemə yanaşma birmənalı deyil.

Cari ilin 10 ayı ərzində yol hərəkəti qaydalarının piyadalar tərəfindən pozulması nəticəsində qeydə alınan 23 yol qəzasında 9 nəfərin həyatını itirməsi, 15 nəfərin xəsarət alması deyilənləri təsdiq edir.

Dəfələrlə media subyektlərində, sosial şəbəkələrdə piyada məsuliyyətsizliyinin real görüntülərlə işıqlandırılmasına, rəsmi xəbərdarlıqların edilməsinə, maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşanlara rast gəlirik ki, bu da onları yol qəzalarının qurbanına çevrir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, xüsusilə telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır.

Paylaş:
105

Son xəbərlər

“NEQSOL Holding” COP29-da uğurla iştirak edib - FOTOBu gün, 17:51Almandilli ölkələrin turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edilibBu gün, 17:45“Nar”ın dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı üzrə beynəlxalq simpozium keçirilib - FOTOBu gün, 17:31ABŞ-nin Qafqaz üzrə baş müşaviri Lui Bono Azərbaycanda səfərdədirBu gün, 17:29Bakının bəzi ərazilərində avtobus zolaqlarının qüvvədə olduğu müddətlə bağlı nişanlar quraşdırılıb - FOTOBu gün, 17:15Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib - YENİLƏNİBBu gün, 17:09Küləyin sürəti saniyədə 28 metrə çatacaq - Hava XƏBƏRDARLIĞIBu gün, 16:44ABB səhmdarları ilk dəfə elektron qaydada səs verəcəklərBu gün, 16:39Qalaaltı Hotel & SPA-da unudulmaz Yeni il qeyd edin - FOTOBu gün, 16:19Şövkət Ələkbərovanın ifa etdiyi dörd mahnının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb - SİYAHIBu gün, 16:05Elnur Məmmədov Blinkenin köməkçisinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edibBu gün, 15:44Ali Məhkəmənin hakimi İlqar Hüseynov təqaüdə yola salındı - FOTOBu gün, 15:33Bakının bəzi ərazilərində su olmayacaqBu gün, 15:21Davamlı və etibarlı yeni HONOR X9c smartfonu - FOTOBu gün, 15:05TBMM-nin Xarici Əlaqələr Komitəsinin sədri Azərbaycana gəlib - FOTOBu gün, 15:03Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları açıqlanıb - FOTOBu gün, 14:50Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcəkBu gün, 14:41MDB regionu üzrə turizm əlaqələri müzakirə edilibBu gün, 14:02Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35
Bütün xəbərlər