Əli Əsədov ilə OPEC-in Beynəlxalq İnkişaf Fondunun prezidenti arasında görüş keçirildi
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 14-də Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Abdülhəmid Əlxəlifə ilə görüşüb.
Nazirlər Kabinetindən 1news.az verilən xəbərə görə, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu vurğulandı.
Neft ixrac edən ölkə olmasına baxmayaraq Azərbaycanın hələ COP29 sədrliyindən çox əvvəl yaşıl keçidi prioritet sahə elan etdiyi, iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfələr verdiyi diqqətə çatdırıldı.
Söhbət zamanı ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu.
132