ADY-də təyinat - Arif Ağayev müavin oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY-də təyinat - Arif Ağayev müavin oldu

Qafar Ağayev13:20 - Bu gün
ADY-də təyinat - Arif Ağayev müavin oldu

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

1news.az xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.

Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.

Arif Ağayev müxtəlif illərdə fərqli beynəlxalq məsləhətçi şirkətlərdə çalışıb, biznesin inkişafı, regional layihələr üçün maliyyə təhlilləri, sahibkarlığın inkişafı və kommersiya təhlili kimi istiqamətlərdə böyük təcrübə əldə edib.

2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub. ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.

Paylaş:
130

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 17:02ADY 1 həftə ərzində COP29-üçün qeydiyyatdan keçmiş 3000-dəmn çox sərnişin daşıyıbBu gün, 16:56PAŞA Sığorta “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirtdi - FOTOBu gün, 16:34Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıbBu gün, 16:14COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunubBu gün, 16:14Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edibBu gün, 15:49Hərbi hissədə komanda-qərargah təlimi keçirilibBu gün, 15:27Lənkəranda zəncirvari qəzada 6 maşın əzilibBu gün, 15:14Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşübBu gün, 14:53Vladimir Putin Prezident İlham Əliyevə zəng edibBu gün, 14:34Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandıBu gün, 14:16SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək - SƏRƏNCAMBu gün, 14:01Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik edibBu gün, 13:38ADY-də təyinat - Arif Ağayev müavin olduBu gün, 13:20AYNA: Taksi şirkətlərinin əlavə vəsait tutması, tək gediş üçün bir neçə ödəniş alması qanunsuzdurBu gün, 13:18Şənbə gününün hava proqnozuBu gün, 13:08Baş prokuror: Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olarBu gün, 12:50BƏƏ rəsmisi: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdirBu gün, 12:45COP29 çərçivəsində “Yaşıl artım portalı” təqdim edilib - FOTOBu gün, 12:40Hövsan qəsəbəsində su kəsiləcəkBu gün, 12:27
Bütün xəbərlər