COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO

Qafar Ağayev14:12 - Bu gün
COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO

Azərkosmos, Azərbaycan Respublikasının Kosmik Agentliyi tərəfindən noyabrın 16-da COP29 çərçivəsində Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib.

1news.az xəbər verir ki, Sammit COP29 tədbirinin “Elm, Texnologiya və İnnovasiya Günü”ndə “İqlim dəyişməsi ilə mübarizədə kosmik çağırışlar” mövzusuna həsr olunub. Sammitin məqsədi qlobal və inkişaf etməkdə olan kosmik agentliklərlə birgə kosmik texnologiyanın imkanlarının iqlim dəyişiklikliyinə necə töhfə verməsini təşviq etmək və Sammit çərçivəsində birgə atılacaq addımları formalaşdırmaqdır.

Tədbirdə beynəlxalq kosmik ictimaiyyətin 80-ə yaxın nümayəndəsi iştirak edib. Tədbirə Yaponiya, Amerika Birləşmiş Ştatları, Bəhreyn Krallığı, Braziliya, Çin, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniyanının kosmik agentliklərinin rəhbər heyəti, BMT-nin Kosmos Məsələləri üzrə Ofisinin (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası və Millətlər Birliyi təşkilatının rəhbərləri qatılıb.

Sammitdə qeyd olunub ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 30 ilə yaxındır ki, dövlətləri bir amal, bir məqsəd üçün - iqlim fəaliyyətini irəlilətmək, tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı təşəbbüsləri artırmaqdır. İqlim problemlərinin həllində kosmik fəaliyyətin əhəmiyyəti son illərdə COP tədbirlərinin gündəliyinə salınmışdır. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin Kosmik Agentliyi COP28-də ilk dəfə Kosmik Agentliklər Liderlərinin Sammitinə ev sahibliyi etmişdir. Bu il Azərkosmosun təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov, “COP29-da Sədrliyin yüksək səviyyəli tədbirlərindən biri olan Kosmik Liderlərin Sammitində biz iqlim dəyişikliyində kosmosun qlobal ambisiyaları, fəaliyyətləri və əməkdaşlığı necə dəstəklədiyinin şahidi oluruq” deyə bildirib.

Sammitdə kosmik fəaliyyəti olan ölkələrin “İqlim fəaliyyəti üçün birgə səylər: tərəfdaşlıqlar, bilik və məlumat mübadiləsi” mövzusunda hər bir dövlətin uyğunluğunu əks etdirən bəyanatlar dinlənilib.

Bəyanatda Azərkosmos üç əsas faktorun vacibliyini vurğulamışdır:

Kosmik agentliklər və təşkilatlar arasında birgə iqlim strategiyaları üzrə beynəlxalq tərəfdaşlığı gücləndirmək
BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Kosmik 2030 Gündəliyi”nin məqsədlərinə fəal şəkildə töhfə vermək, o cümlədən kosmik iqtisadiyyat, kosmik cəmiyyət, kosmosa əlçatanlıq və kosmik diplomatiyanı inkişaf etdirmək
Kosmik həlləri müəyyən etmək, monitorinq və hesabat mexanizmi yaratmaq və şəffaflığı təmin etmək
Həmçinin, bəyanatda Azərkosmos və Millətlər Birliyi təşkilatının birgə (Commonwealth) tərəfdaşlığı çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə dəstək məqsədilə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması üçün hazırlanmış kompleks proqram da öz əksini tapmışdır.

Sonda Sammitin nəticəsi olaraq 20-yə yaxın qlobal kosmik agentliyin liderləri “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair vəd sənədi”ni təsdiq etdilər. Bakıda təsdiq edilmiş bu öhdəlik sənədi növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəddir.

Sammitin gedişində NASA astronavtları Soni Viliems və Nik Heik xüsusi olaraq iqlim dəyişikliyində kosmosu vacibliyini çatdırmaq məqsədilə COP29 tədbiri üçün beynəlxalq kosmik stansiyada çəkilmiş video müraciəti nümayiş olunub. Video müraciətdə astronavtlar kosmosdan baxdıqda Planetimizin hər saniyə dəyişdiyini vurğulayıblar.

Bu Sammit kosmik sahədə rəqəmsal infrastruktur, iqlim fəaliyyəti, innovasiya, davamlılıq və qlobal əməkdaşlıq ilə dərindən inteqrasiya olunub. Kosmosun təkcə bir vasitə kimi deyil, elm, texnologiya, siyasət və fəaliyyəti birləşdirən körpü rolunu oynadığı vurğulanıb. Sammit kosmik agentliklər, beynəlxalq təşkilatlar, hökumətlər, tədqiqatçılar və özəl sektor arasında daha güclü tərəfdaşlıq qurmaq imkanı verir. Sammitdən sonra mütəxəssislərin, kosmik agentliklərin, beynəlxalq təşkilatların iştirakı ilə panel sessiyalar öz işinə başlayıb. Panellərdə yerin müşahidəsi, təbii fəlakətlərin idarə edilməsi, peyk texnologiyası və iqlim monitorinqi üçün süni intellektdən istifadəyə dair mövzuların müzakirəsi yer alıb.

Paylaş:
44

Son xəbərlər

İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı veribBu gün, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqlarıBu gün, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTOBu gün, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdüBu gün, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTOBu gün, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşübBu gün, 15:1420 yaşlı qadın körpəsini itirdiBu gün, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edibBu gün, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTOBu gün, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edibBu gün, 13:49Türkiyədə zəlzələ olubBu gün, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulundaBu gün, 13:20Tərtərdə polis əməkdaşı vəfat edibBu gün, 12:51Qar yağacaq - Sabahın hava proqnozuBu gün, 12:35Tənzilə Narbayeva: COP29 iqlim dəyişikliyi ilə mübarizədə böyük önəmə sahibdirBu gün, 12:13Saymon Stil: İqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdırBu gün, 12:05COP29 Prezidenti: İqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasında parlamentlər mühüm rola sahib ola bilərlərBu gün, 11:55Qəzadan yaralı çıxan sürücünü başqa avtomobil vurduBu gün, 11:32PAİ prezidenti: İqlim dəyişikliyi ilə mübarizə təkcə qanunvericiliklə deyil, eyni zamanda siyasi iradə ilə olmalıdırBu gün, 11:12AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edibBu gün, 10:55
Bütün xəbərlər