AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib

10:55 - Bu gün
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayev “CarbonClick” şirkətinin baş icraçı direktoru Deyv Rouz ilə görüşüb.

Bakıda keçirilən görüş çərçivəsində karbon emissiyalarının azaldılmasının vacibliyi tərəfdaşlar tərəfindən bir daha vurğulanıb. Qurum rəhbərləri karbon emissiyalarını azaltmaq və uçuşları dayanıqlı etmək məqsədilə danışıqlar aparıb və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

AZAL-dan 1news.az-a verilən məlumata görə, Samir Rzayev ikitərəfli görüş zamanı planetimizi qorumaq və onun dayanıqlı gələcəyinin qurulmasına töhfə vermək öhdəliyinin “CarbonClick” ilə müştərək şəkildə yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib və sərnişinlərin uçuş zamanı ətraf mühitə təsirlərini asan və şəffaf formada azalda biləcəklərindən məmnunluğunu ifadə edib.

Deyv Rouz isə öz növbəsində qarşılıqlı əməkdaşlığı şərh edərkən bildirib ki, məqsəd qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq və iqlim dəyişikliyinə məruz qalmayan dünyada yaşamaqdır. Onun sözlərinə görə bu tərəfdaşlıq AZAL sərnişinlərinin səyahətlərinin ətraf mühitə olan təsirini azaltmalarına şərait yaratmaqla prosesi sadə, şəffaf və etibarlı nəticələrlə təmin edəcək.

Qeyd edək ki, oktyabr ayının əvvəlindən başlayaraq AZAL sərnişinlərin karbon qazını kompensasiya edə bilmələri üçün proqrama start verib və bu könüllü təşəbbüsü aviabilet alışı prosesinə inteqrasiya edib. Proqram vasitəsilə AZAL-ın hər bir sərnişini bir sıra ölkələrdə icrası həyata keçirilən ekoloji layihələrə dəstək verə, səyahətinin ətraf mühitə təsirinin azaldılmasında iştirak edə bilər.

AZAL və “CarbonClick”in birgə fəaliyyəti karbon izinin azaldılması və dayanıqlı səyahətlərin təşviqi istiqamətində addımlar atmağa şərait yaradır, eyni zamanda, sərnişinlərə ekoloji məsələlərə daha yaxından cəlb olunmaq imkanı verir.

Paylaş:
37

Son xəbərlər

BDU-nun dosenti Feyruz Həsənov vəfat edibBu gün, 13:49Türkiyədə zəlzələ olubBu gün, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulundaBu gün, 13:20Tərtərdə polis əməkdaşı vəfat edibBu gün, 12:51Qar yağacaq - Sabahın hava proqnozuBu gün, 12:35Tənzilə Narbayeva: COP29 iqlim dəyişikliyi ilə mübarizədə böyük önəmə sahibdirBu gün, 12:13Saymon Stil: İqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdırBu gün, 12:05COP29 Prezidenti: İqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasında parlamentlər mühüm rola sahib ola bilərlərBu gün, 11:55Qəzadan yaralı çıxan sürücünü başqa avtomobil vurduBu gün, 11:32PAİ prezidenti: İqlim dəyişikliyi ilə mübarizə təkcə qanunvericiliklə deyil, eyni zamanda siyasi iradə ilə olmalıdırBu gün, 11:12AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edibBu gün, 10:55COP29 çərçivəsində Bakıda Parlament Görüşü keçirilir - FOTOBu gün, 10:50Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcəkBu gün, 10:40AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:222024 “SOCAR Green” və “Holcim Azerbaijan” Anlaşma Memorandumu imzalayıb - FOTOBu gün, 10:09Əmtəə bazarlarında qızıl daha da ucuzlaşıbBu gün, 09:49Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:37Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlibBu gün, 09:23Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədirBu gün, 09:05Bakı Limanı və “Tiza Green Energy” şirkəti Azərbaycanda günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib - FOTO15 / 11 / 2024, 19:43
Bütün xəbərlər