Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıb

14:03 - 18 / 11 / 2024
Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıb

Astarada çayda meyit tapılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Astara rayonunun Pensər kəndi ərazisindən keçən çayda kişi meyiti aşkarlanıb. Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əsəd oğlu Əliyarov olduğu məlum olub.

A.Əliyarov balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər