“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO

14:53 - Bu gün
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO

Sərfəlilik strategiyası ilə yanaşı, sosial məsuliyyət prinsiplərinə də önəmlə yanaşan “Nar”ın dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ekologiya mövzusunda beynəlxalq təlim uğurla yekunlaşıb.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkil etdiyi təlimin sonunda iştirakçılara beynəlxalq eko-sertifikatlar təqdim edilib. Təlim nəticəsində media nümayəndələri COP29 konfransında daha hazırlıqlı iştiraklarını təmin ediblər.

İki gün davam edən onlayn sessiyalardan sonra təlimin son günündə təlimçi – ekologiya mövzusu üzrə beynəlxalq ekspert və COP konfranslarının daimi iştirakçısı Tais Gadea Lara jurnalistlərlə səhər yeməyində görüşüb. Görüş zamanı Lara və media əməkdaşları ölkəmizin ev sahibi olduğu COP29 konfransı ilə bağlı müzakirələr aparıb, təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, 3 gün davam edən təlimdə media nümayəndələrinə qlobal istiləşmə, iqlim dəyişikliyi layihələrinin hazırlanması və büdcə idarəetməsi barədə geniş məlumat verilib. Bu biliklər jurnalistlərin hazırda davam edən COP29 konfransında müzakirə olunan mövzulara daha dərindən yanaşmalarına və ekoloji mövzuları mediada peşəkar şəkildə işıqlandırmalarına imkan yaradıb.

“Nar” bu təşəbbüsü ilə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə və iqlim dəyişikliyi ilə mübarizədə medianın maarifləndirici roluna dəstəyini nümayiş etdirir. Mobil operatorun korporativ sosial məsuliyyət çərçivəsində gerçəkləşdirdiyi bütün layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Reklam hüququnda

Paylaş:
62

Son xəbərlər

Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürübBu gün, 17:34Son doqquz ayda ölkədə nikahların sayı azalıbBu gün, 17:12“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıbBu gün, 16:53Azərbaycanda əhalinin sayı artıbBu gün, 16:39Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandıBu gün, 16:20Bəzi yerlərdə yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 16:05Çeçenistan nümayəndə heyəti Milli Onkologiya Mərkəzində olmuşdur - FOTOBu gün, 15:43İlham Əliyev ekosistemə qəsdən zərər vuranların cəzalandırılmasını təsdiqləyibBu gün, 15:33Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu təyin olunubBu gün, 15:24Los-Ancelesə Azərbaycanın yeni baş konsulu təyin edilibBu gün, 15:16Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilibBu gün, 15:11“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTOBu gün, 14:53Nazir yaşıl xəstəxanalar layihəsinin tam reallaşacağı vaxtla bağlı danışdıBu gün, 14:45Emin Əmrullayev: “Ekoloji savadlılığın artırılması istiqamətdində işlər görülür”Bu gün, 14:36Sahil Babayev: “Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara təsirini azaltmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir”Bu gün, 14:31Sabahdan yeni ekspres marşrutu fəaliyyətə başlayacaqBu gün, 14:28Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıbBu gün, 14:03Dövlət Başçısı Palau Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 13:51İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 13:39Sabahın hava proqnozu: Yağış yağacaqBu gün, 13:30
Bütün xəbərlər