Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı

16:20 - Bu gün
Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı

Ölkənin birinci bankı Kapital Bank Türkiyənin nüfuzlu “Felis” mükafatına layiq görülüb. “Felis” hər il Türkiyə və Azərbaycan reklam bazarında yaradıcı yanaşma ilə seçilən və fərq yaradan layihələrə təqdim edilir.

Bu il kreativliyi və uğuru ilə fərqlənənlər sırasında Kapital Bank komandasının həyata keçirdiyi 4 layihə də var.

“Digital & Mobile” (“Rəqəmsal və Mobil”) bölməsində “SMM və Digital Campaign” (“Sosial media marketinq və rəqəmsal kampaniya”) kateqoriyasında qızıl “Felis”i Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi “Türkiyə üçün bir ürək olaq” layihəsi qazanıb. Xatırladaq ki, Fond 2023-cü ilin fevral ayında Türkiyənin müxtəlif bölgələrində insan təlafatı ilə nəticələnən zəlzələ zamanı ianə aksiyası başlatmış və qısa zamanda 750 000 manat toplayaraq qardaş ölkəyə göndərmişdi.

Kapital Bank-ın 28 May Müstəqillik Günü münasibəti ilə “TikTok” sosial şəbəkəsi üçün hazırladığı “Cümhuriyyətin İzi” adlı filter cari ilin seçilən ideyalarından biri oldu. Ümumilikdə 50 000 istifadəçinin video çəkərək paylaşdığı və həmin videoların 30 milyondan çox baxış yığdığı layihə rekord göstərici ilə “User participation” (“İstifadəçi aktivliyi”) və “Use of Technology” (“Texnologiyadan istifadə”) kateqoriyalarında 2 “Felis” qazandı.

Bankın “Ağıllı nağıllar” reklam agentliyi ilə birgə hazırladığı “Birbank x Paster” video çarxı qısa müddətdə izləyicilər tərəfindən çox sevildi və yerli bazarda fərq yarada bildi. Nəticədə layihə “Design & Branding” (“Dizayn və Brendinq”) bölməsində “Moving Image Design” (“Hərəkətli foto dizayn”) kateqoriyasında qalib oldu.

Bu mükafatlar Kapital Bank-ın reklam və marketinq sahəsində də innovasiyalar yaradaraq kreativ liderliyini bir daha təsdiqləyir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Reklam hüququnda

Paylaş:
50

Son xəbərlər

Bu bölgələrimizdə doğum göstəriciləri yüksəkdir - SiyahıBu gün, 17:43Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürübBu gün, 17:34Son doqquz ayda ölkədə nikahların sayı azalıbBu gün, 17:12“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıbBu gün, 16:53Azərbaycanda əhalinin sayı artıbBu gün, 16:39Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandıBu gün, 16:20Bəzi yerlərdə yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 16:05Çeçenistan nümayəndə heyəti Milli Onkologiya Mərkəzində olmuşdur - FOTOBu gün, 15:43İlham Əliyev ekosistemə qəsdən zərər vuranların cəzalandırılmasını təsdiqləyibBu gün, 15:33Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu təyin olunubBu gün, 15:24Los-Ancelesə Azərbaycanın yeni baş konsulu təyin edilibBu gün, 15:16Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilibBu gün, 15:11“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTOBu gün, 14:53Nazir yaşıl xəstəxanalar layihəsinin tam reallaşacağı vaxtla bağlı danışdıBu gün, 14:45Emin Əmrullayev: “Ekoloji savadlılığın artırılması istiqamətdində işlər görülür”Bu gün, 14:36Sahil Babayev: “Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara təsirini azaltmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir”Bu gün, 14:31Sabahdan yeni ekspres marşrutu fəaliyyətə başlayacaqBu gün, 14:28Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıbBu gün, 14:03Dövlət Başçısı Palau Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 13:51İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 13:39
Bütün xəbərlər