“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb

16:53 - 18 / 11 / 2024
“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb

Clean Energy Cəbrayıl MMC və Baku Steel Company arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb.
Anlaşma çərçivəsində Clean Energy Cəbrayıl MMC Baku Steel Company-ə mövcud elektrik şəbəkəsi vasitəsilə bərpa olunan enerji təchiz edəcək.

Cəbrayılın Soltanlı kəndində ərsəyə gətiriləcək ediləcək layihə 100 MW gücündə günəş enerji stansiyalarının inşasını əhatə edir və hər biri 50 MW olmaqla iki hissədən ibarətdir: Şəms və Üfüq günəş stansiyaları. İstehsal olunan günəş enerjisi, yerli sənaye müəssisələrinin enerji ehtiyaclarını qarşılamaq məqsədini daşıyır. Hər iki günəş stansiyasından əldə edilən enerji digər istifadəçilərlə birlikdə Baku Steel Company-yə tədarük ediləcək.

Sözügedən layihə, Clean Energy İnvest MMC-nin “Clean Energy Cəbrayıl” və Nobel Energy-nin “Enerso” törəmə şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu təşəbbüs Azərbaycanın yaşıl enerji keçid strategiyasını dəstəkləməyə və ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə olan öhdəliyi nümayiş etdirir.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər