COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdi

12:07 - Bu gün
COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdi

Bakı, 19 noyabr 2024-cü il. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Niderland İnkişaf Bankı (FMO) arasında Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üzrə böyük kredit sazişi imzalanıb.

Sazişə əsasən, beynəlxalq maliyyə institutu «Bank Respublika»ya 4 il müddətinə 40 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) yaşıl kredit ayıracaq.

Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycan bankına ayrılan ilk yaşıl kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci ilə qədər istixana qazı tullantılarının 40% azaldılması istiqamətindəki səylərinə töhfə verəcək.

“Bank Respublika ilə yaşıl kredit üzrə tərəfdaşlığımızı davam etdirməkdən böyük məmnuniyyət duyuruq. Bu investisiya, Azərbaycanda yaşıl maliyyənin inkişafına dəstək baxımından mühüm bir addımdır. Bank Respublika-ya etimadlarına və əməkdaşlığa hazır olduqlarına görə təşəkkür edirik. Bu vəsaitlərin yerli iqtisadiyyat və ətraf mühitə göstərəcəyi müsbət təsiri görməyi səbirsizliklə gözləyirik”, - deyə FMO-nun icraçı direktoru, Michael Jongeneel qeyd edib.

İlk növbədə, qeyd etmək istərdim ki, bu sazişin ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində imzalanmasından çox məmnunuq. Bu, bizim iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafın dəstəklənməsində olan səylərimizi bir daha nümayiş etdirir. Bizim uzunmüddətli və mühün tərəfdaşımız olan FMO ilə belə böyük məbləğdə sazişin imzalanması beynəlxalq maliyyə təşkilatlarının “Bank Respublikaya olan etimadını bir daha təsdiq edir və eyni zamanda bizneslərini ekoloji texnologiyalar vasitəsilə inkişaf etdirən sahibkarlara dəstəyimizi göstərir. Biz əməkdaşlıq üçün tərəfdaşlarımıza təşəkkür edirik və əminik ki, bu saziş ölkədə ekoloji biznes layihələrinin stimullaşdırılması imkanlarını genişləndirəcək və qlobal səviyyədə ekoloji problemlərin həllinə öz töhfəsini verəcək”, – deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Paylaş:
39

Son xəbərlər

Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıbBu gün, 14:03Dövlət Başçısı Palau Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 13:51İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 13:39Sabahın hava proqnozu: Yağış yağacaqBu gün, 13:30İdarə rəisi: Şəhərin inkişafı üçün yeni təşəbbüslər və investorlar üçün stimullar planlaşdırılırBu gün, 13:09Gələn il Azərbaycanda ictimai nəqliyyatla bağlı islahatlara büdcədən 150 milyon manat ayrılacaqBu gün, 12:32Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılırBu gün, 12:13COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdiBu gün, 12:07Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər məsuliyyətə cəlb olunubBu gün, 11:50Ötən həftə azad olunan ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 11:35Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşübBu gün, 11:25Yağışlı havaya təsadüf edən COP29-un 8-ci günü - İştirakçılar ilk gündəki həvəslə gəlir - FOTOREPORTAJBu gün, 11:12Dövlət başçısı Oman Sultanına təbrik məktubu ünvanlayıbBu gün, 11:0719 yaşlı tələbə qəfil vəfat etdiBu gün, 10:54Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunubBu gün, 10:47Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTOBu gün, 10:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:05Astarada piyada ölümü ilə nəticələnən yol qəzası olubBu gün, 09:48Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:35Bakıda və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVABu gün, 09:20
Bütün xəbərlər