COP29-un 8 günü ərzində daşınan sərnişinlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29-un 8 günü ərzində daşınan sərnişinlərin sayı açıqlandı

Qafar Ağayev13:11 - 19 / 11 / 2024
COP29-un 8 günü ərzində daşınan sərnişinlərin sayı açıqlandı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi 8 gün ərzində 331 861 sərnişinə xidmət göstərilib.

Bu barədə 1news.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, AYNA-nın təşkil etdiyi 18 Nəqliyyat Mübadilə Mərkəzindən ötən gün 45 minə yaxın sərnişin daşınıb. Sərnişinlərin daşınması ödənişsiz həyata keçirilir.

COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarına Agentlik tərəfindən “BakuBus”, “Bakı Taksi Xidməti”, “Azparking” əməkdaşları daxil olmaqla ümumilikdə 1 600 nəfərdən çox heyət üzvü cəlb edilib.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər