Mastercard Azərbaycan COP29 öncəsi “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mastercard Azərbaycan COP29 öncəsi “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir - FOTO

09:44 - 19 / 11 / 2024
Mastercard Azərbaycan COP29 öncəsi “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir - FOTO

Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpa olunan enerji sahəsinə investisiyalar və dayanıqlı nəqliyyat üçün dövlət və özəl sektor arasında tərəfdaşlıqlarda mühüm addımlar atır, eyni zamanda iqtisadi şaxələnmə və ətraf mühitin qorunmasını təşviq edir.

BMT İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində bu cür təşəbbüslərdən biri 11 noyabr 2024-cü il tarixində Bakıda keçirilib. Təşəbbüs çərçivəsində Azərbaycan şirkətləri ətraf mühitin dayanıqlılığı ilə bağlı təcrübə və təşəbbüsləri inkişaf etdirmək istiqamətindəki öhdəliklərini nümayiş etdiriblər.

Ödəniş şəbəkəsi sahəsində ilk belə addım Mastercard tərəfindən 2023-cü ildə öz şəbəkəsindəki ödəniş kartların istehsalında ilkin istifadə edilən PVC plastiklərinin çıxarılacağını bəyan etməsi ilə atılıb. 2028-ci ilə qədər şəbəkədə istehsal olunan bütün yeni ödəniş kartları təkrar emal edilmiş və ya bioloji mənşəli plastiklərdən, məsələn rPVC, rPET və ya PLA1-dən hazırlanacaq və sertifikatlaşdırma proqramı vasitəsilə təsdiq ediləcək.

Azərbaycanda yerli banklar bu məqsədə daha sürətlə nail olmaq üçün dəstəklənir və 2026-cı ilə qədər Mastercard ödəniş kartlarının hazırlanmasında ilkin istifadə edilən PVC plastiklərdən imtina etmək üzrə öhdələrik götürüblər. Artıq bir neçə bank, o cümlədən PAŞA Bank, Kapital Bank, ABB Bank, ATB, Yelobank, Rabitəbank və Xalq Bank bu təşəbbüsü dəstəkləyəcəyini bəyan edib. Onların iştirakı maliyyə sektorunda ətraf mühitin davamlılığı ilə bağlı təcrübələrin təşviqində vahid yanaşmanı göstərir.

“Mastercard olaraq Azərbaycanda davamlı kart proqramımızı sürətləndirməkdən qürur duyuruq. Bu, ölkənin dayanıqlı inkişaf məqsədlərinə uyğun olmaqla yanaşı, maliyyə sektorunda plastik tullantıların azaldılması və ətraf mühitin dayanıqlılığının dəstəklənməsi istiqamətində öhdəliyimizi nümayiş etdirir,” – deyə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirib.

Mastercard-ın “Dayanıqlı Kartlar” proqramı şirkətin dayanıqlılığı öz fəaliyyətinin əsas elementi kimi inkişaf etdirmək məqsədinin bir hissəsidir. Bu proqram, həm şirkətin karbon və ekoloji izini azaltmağa, həm də tərəfdaşlara və istehlakçılara bu istiqamətdə addımlar atmaq imkanı yaratmağa yönəlib.

Mastercard, eyni zamanda, 2040-cı ilə qədər sıfır karbon emissiyası hədəfinə nail olmağa və “Priceless Planet Coalition” kimi yeni təşəbbüsləri həyata keçirməyə sadiqliyini bəyan edir. Bu təşəbbüs çərçivəsində 100 milyon ağacın bərpasının maliyyələşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, Mastercard-ın “Karbon Kalkulyatoru” kart sahiblərinin xərclərinə əsaslanan təxmini karbon izini öyrənməyi təmin edir. Dayanıqlı İnnovasiya Laboratoriyası isə həm rəqəmsal məhsullar üçün mərkəz, həm də tərəfdaşlarla gələcək həllərin birgə yaradılması üçün platforma rolunu oynayır.

Reklam hüququnda

Paylaş:
372

Son xəbərlər

Komitə sədrindən MAP təşəbbüsü ilə bağlı çağırışBu gün, 12:21Sabahın hava proqnozuBu gün, 12:07Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilibBu gün, 11:43BƏƏ-dən olan nazir: “COP 29-un qarşıya qoyulan hədəfləri dəstəkləmək üçün geniş əməkdaşlıq imkanı var”Bu gün, 11:26Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”Bu gün, 11:02Braziliyalı nazir: Bakıda ətraf mühitin qorunması ilə bağlı önəmli toplantı keçirilirBu gün, 10:53Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edibBu gün, 10:29Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”Bu gün, 10:27Fuad Nağıyev: Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor üçün dönüş nöqtəsidirBu gün, 10:14Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşübBu gün, 10:02Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizədə turizmin önəmli rolu varBu gün, 09:51Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:45AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:30Qarakənd faciəsindən 33 il ötürBu gün, 09:13Ağdamın işğaldan azad olunmasından 4 il ötürBu gün, 09:05Şamaxı rayonunda zəlzələ qeydə alınıbBu gün, 08:52“YAP Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır” - Sevinc Fətəliyeva19 / 11 / 2024, 17:53Nigar Məmmədova: “COP29 həm də iqlim təhsili ilə bağlı ölkələrin öhdəliklərini təmin etmək üçün effektiv platformadır” - FOTO19 / 11 / 2024, 17:39IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb19 / 11 / 2024, 17:33
Bütün xəbərlər