Türkiyəli nazir: COP29 kimi genişmiqyaslı bir tədbirə ev sahibliyi etmək böyük cəsarət tələb edir
Azərbaycan Qarabağda torpaqlarını azad edib və qələbə ilə nəticələnən bu mühüm tarixi prosesdən dərhal sonra COP29 kimi dünya miqyaslı bir tədbirə ev sahibliyi edir.
1news.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Bakıda deyib.
O bildirib ki, belə genişmiqyaslı bir tədbirə ev sahibliyi etmək böyük cəsarət tələb edir:
"Burada nəqliyyatdan tutmuş insanların hərəkətinə qədər hər şey incəliklə düşünülüb. Bu peşəkarlığa görə Azərbaycana təşəkkür edirəm. COP29 çərçivəsində iqlim dəyişikliyi, karbon emissiyaları kimi həyatımıza təsir edən vacib məsələlər müzakirə olunur. Biz də Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi olaraq bu mövzuda atıla biləcək addımları, ölkəmizdə həyata keçirilən layihələri və qlobal təcrübələri yaxından izləyirik. Əsas məqsədin şəhərlərdə sıfır emissiya hədəfinə nail olmaq olduğunu düşünürəm”.