Audiovizual Şura “Vətəndaş A” serialına görə “İTV”-yə xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Audiovizual Şura “Vətəndaş A” serialına görə “İTV”-yə xəbərdarlıq etdi

Qafar Ağayev17:37 - 20 / 11 / 2024
Audiovizual Şura “Vətəndaş A” serialına görə “İTV”-yə xəbərdarlıq etdi

20 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbədənkənar onlayn iclası keçirilmişdir. İclas "İTV" kanalında yayımlanan "Vətəndaş A" serialında personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsi ilə bağlı məsələyə həsr olunmuşdur.

Qurumdan 1news.az-a verilən məlumata görə, müzakirə zamanı qeyd olunmuşdur ki, serialın yayımı zamanı personajların səsləndirdiyi qeyri-etik sözlərin efirə verilməsinin qarşısı yayımçı tərəfindən texniki üsullarla alınmamış və bununla da, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbi (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulmuşdur.

Müzakirələrin nəticəsi olaraq Audiovizual Şura bir daha bu cür halın təkrarlanacağı təqdirdə inzibati sanksiyanın tətbiq ediləcəyi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinə xəbərdarlıq etmişdir.

Paylaş:
388

Son xəbərlər

Bütün xəbərlər