Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”

Qafar Ağayev10:27 - 20 / 11 / 2024
Anar Quliyev: “COP29 çərçivəsində Şəhərsalma Günü Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”

“BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)COP29 çərçivəsində Şəhərsalma Günü təşkil etməklə bizə urbanizasiya və iqlim dəyişikliyinin kəsişməsində duran ən aktual məsələlərin müzakirəsi üçün açıq və konstruktiv dialoq imkanı yaratmışdır”.

1news.az xəbər verir ki, Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün COP29 çərçivəsində keçirilən Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Üçüncü Nazirlər Toplantısının açılışında çıxışı zamanı deyib.

Komitə sədri bu tədbirin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Çünki biz şəhərlərin həm qlobal gələcəyini, həm də planetimizin inkişafında mühüm rolunu yüksək dəyərləndiririk. Urbanizasiyanın sürətlə inkişaf etdiyi regionlardan biri kimi Azərbaycan bu prosesin yaratdığı çağırışlara cavab verməyə və onun təqdim etdiyi imkanlardan faydalanmağa sadiqdir”, - deyə Anar Quliyev bildirib.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər