Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

13:56 - 21 / 11 / 2024
Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Azərbaycanda yaşıl texnologiyalara əsaslanan, karbonsuzlaşdırılmış materiallarla iki yeni data mərkəzi tikiləcək.

Data mərkəzləri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin balansında olacaq. Abşeron və Hacıqabul rayonlarında tikiləcək əsas və ehtiyat data mərkəzlərində karbon emissiyalarını minimuma endirmək üçün bir sıra qabaqcıl texnologiya və metodlardan istifadə olunacaq. Ekoloji tarazlığın qorunması məqsədilə hər iki tikilidə enerji səmərəliliyi, sulardan səmərəli istifadə, tullantıların utilizasiyası və təbii soyutma sistemləri kimi innovativ yanaşmalar tətbiq ediləcək.

Artıq hər iki data mərkəzinin inşası üçün dayanıqlılıq və etibarlılıq üzrə beynəlxalq keyfiyyət standartlarını müəyyən edən “TIER 3 Design” sertifikatı alınıb. “AzInTelecom”, eyni zamanda bu data mərkəzləri üçün infrastrukturun ekoloji cəhətdən dayanıqlı olmasını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatı üçün tələb olunan ilkin “LEED” Hesabatı da əldə edib.

Tikinti zamanı torpaq eroziyasını və suyun çirklənməsini minimuma endirmək üçün ətraflı plan hazırlanıb. Bundan başqa tikinti zamanı toz və kimyəvi təsirlərin, dolayı yolla havanın çirklənməsinin qarşısını almaq da prioritet məsələlərdəndir. Data mərkəzlərində günəş enerjisindən istifadəni təmin etmək üçün günəş panelləri quraşdırılacaq ki, bu da dolayı yolla karbon emissiyasının minimuma endirilməsinə kömək edəcək.

2024-cü ildə BMT-nin Qlobal Sazişinə qoşulan “AzInTelecom” fəaliyyətini ekoloji idarəetmə prinsiplərinə uyğunlaşdırmağı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və ekosistemə daha geniş dəstək verməyi özünə hədəf qoyub. Şirkət texnoloji inkişaf və ekoloji məsuliyyət arasında tarazlığı qorumağı hədəfləyir.

“AzInTelecom” MMC Azərbaycanın ən böyük “bulud” provayderi, Cənubi Qafqazda isə “TIER 3” sertifikatını alan ilk qurumdur. Şirkət hazırda 200-dən çox dövlət qurumu və özəl şirkətə “bulud” xidmətləri göstərir.

Paylaş:
108

Son xəbərlər

OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat alətiBu gün, 21:34Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00
Bütün xəbərlər