BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də

Qafar Ağayev11:25 - 21 / 11 / 2024
BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də

Bakı Dövlət Universiteti (BDU) dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar Elm Reytinqi 2025”də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb.

BDU-dan 1news.az-a verilən məlumata görə, THE-nin “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın yalnız 750-dək ən yaxşı ali təhsil müəssisəsinin daxil ola bildiyi bu mühüm reytinqdə BDU 201-250 diapazonunda qərarlaşıb.

“İnterdisiplinar Elm Reytinqi” dünyanın aparıcı universitetlərinin interdisiplinar araşdırmalar sahəsində əldə etdikləri göstəriciləri əsasında hazırlanır.

TOP-250-də yer alması BDU-nun müxtəlif elm sahələrini birləşdirən araşdırmalar istiqamətində əldə etdiyi uğurların nəticəsi kimi böyük əhəmiyyət kəsb edir.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər