Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi

Qafar Ağayev15:37 - Bu gün
Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi

Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, Yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə TƏBİB tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları əhalinin məskunlaşması, tələbatı, stansiyaların geolokasiyası nəzərə alınaraq yenidən təşkil olunur.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanıb. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Əmrə əsasən, ehtiyac üzrə stansiya və filialların sayının artırılması nəzərə tutulub.

Həyata keçirilən təkmilləşdirmə işlərinin tərkib hissəsi olaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu Təcili Tibbi Yardım Stansiyasının Zabrat filialı istifadəyə verilib.

Son illərdə Sabunçu rayonu ərazisində artan əhali sayını nəzərə alaraq, eləcə də çağırışların vaxtında icrası məqsədilə yaradılan filial 24 saat ərzində çağırışlar üzrə vətəndaşları təcili və təxirəsalınmaz tibbi xidmətlərlə təmin edəcək.

Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi 13 ünvanında istifadəyə verilən 3 otaq və 1 mətbəxdən ibarət yeni filiala ambulans və həkim briqadaları təhkim olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov yeni filialda yaradılan şəraitlə tanış olub.

Əhaliyə tibbi xidmətin yüksək şəkildə təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.

Paylaş:
42

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər