“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib

12:55 - Bu gün
“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Cənubi Afrika Respublikasında (CAR) keçirilən beynəlxalq “Africa Tech Festival 2024” konfrans və sərgisində iştirak edib.

CAR-ın paytaxtı Keyptaunda keçirilən tədbirdə “AzInTelecom” MMC stendlə çıxış edib. Stenddə iştirakçılara “AzInTelecom”un məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. Şirkətin əməkdaşları tədbir müddətində bir sıra xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Nümayəndələr arasında Afrika qitəsinin müxtəlif ölkələrində, xüsusilə bank və maliyyə texnologiyaları sahəsində çalışan şəxslər əsas yer tutub.

Tədbir zamanı ziyarətçilər “AzInTelecom”un təqdim etdiyi SİMA rəqəmsal həllər platforması və “bulud” xidmətlərinə xüsusi maraq göstərib və yüksək qiymətləndiriblər.

Ənənəvi olaraq hər il keçirilən “Africa Tech Festival”ına əsasən Afrika qitəsi olmaqla, dünyanın bir çox ölkəsindən informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər qatılır. Tədbir ticarət əlaqələrinin yaradılması və beynəlxalq əməkdaşlıq çərçivəsinin genişləndirilməsi üçün mühüm imkanlar təqdim edir. Builki tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib və şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.

Reklam hüququnda

Paylaş:
37

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər