Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildi

Qafar Ağayev10:44 - 27 / 11 / 2024
Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildi

Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilib.

1news.az-a xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər