“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib

15:20 - 28 / 11 / 2024
“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib

Azərbaycanın aparıcı şirkəti “PAŞA Holding” iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərə sadiqliyini təsdiq edərək, COP29 tədbirində uğurla iştirak edib.

Tədbirin strateji təsir üzrə tərəfdaşı kimi “PAŞA Holding” məzmunlu müzakirələrdə fəal iştirak edib, qlobal maraqlı tərəflərlə əməkdaşlıq qurub və dayanıqlı gələcəyə dair baxışlarını bölüşüb.

Holdinq “Yaşıl” zonada xüsusi stend təşkil edib və “PAŞA Bank”, “Kapital Bank”, “PAŞA Sığorta”, “PAŞA Həyat”, “AgroDairy” və “PASHA Real Estate” kimi şirkətləri tərəfindən iqlim maliyyələşdirilməsi, dayanıqlı kənd təsərrüfatı və “yaşıl” iqtisadiyyata inklüziv keçidi təşviq etməkdə özəl sektorun liderlik rolu kimi vacib mövzulara həsr olunan bir sıra sessiyalar keçirilib.

“PAŞA Holding” bu tədbirdə iştirak etməklə fikir mübadiləsi aparmaq, regional və beynəlxalq həmkarlarla əlaqələr qurmaq və iqlim problemləri ilə mübarizə sahəsində təcrübə öyrənmək fürsəti əldə edib. Hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektorun maraqlı tərəfləri ilə qarşılıqlı əlaqə nəticəsində “PAŞA Holding” həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dayanıqlı inkişaf təşəbbüslərinin həyata keçirilməsi imkanlarını genişləndirib.

“COP29-da iştirak etmək bizə dayanıqlı inkişaf baxışlarımızı gücləndirmək və dəyərli əlaqələr qurmaq üçün unikal imkan yaratdı. COP29 çərçivəsində əldə edilən biliklər və qurulan tərəfdaşlıqlar strategiyalarımızı qlobal iqlim hədəfləri ilə daha yaxşı uzlaşdırmağa və regionumuzun unikal ehtiyaclarını nəzərə almağa imkan verəcək. Bu təcrübə ümumi çağırışların həlli üçün uzunmüddətli və effektiv həllər yaradılmasında əməkdaşlığın əhəmiyyətini vurğulayır”, - "PAŞA Holding"in Baş Strategiya İnzibatçısı Teymur Hüseynov qeyd edib.

“PAŞA Holding”in dayanıqlı inkişaf strategiyasının əsas elementləri öz fəaliyyətinin ekoloji təsirini minimallaşdırmaq, sıfır emissiyaya keçidi təşviq edən layihələrə investisiya qoymaq və iqlim dəyişikliyi problemlərini həll etmək üçün texnoloji yeniliklərə sərmayə yatırmaqdan ibarətdir. Qrup yaxın gələcəkdə törəmə şirkətləri arasında ətraflı diaqnostika və boşluqların təhlilini aparmağı, karbon izinin, o cümlədən təchizat zəncirinin azaldılması üzrə konkret hədəflər müəyyən etməyi, müştərilərinə dayanıqlı inkişafa keçid prosesində dəstək göstərməyi və “yaşıl” təşəbbüslərə yatırımları artırmağı planlaşdırır.

Bundan əlavə, “PAŞA Holding” maraqlı tərəflərin imkanlarını təhsil və əməkdaşlıq vasitəsilə genişləndirməyi, dayanıqlı inkişaf prinsiplərinin iqtisadiyyatın bütün sahələrində tətbiqini təmin etməyi hədəfləyir. Bu planlar Azərbaycanda dayanıqlı kiçik və orta biznes sektorunun inkişafına yardım göstərmək, fermerlərə “yaşıl” keçid prosesində dəstək olmaq və dekarbonizasiya həllərinin işlənib hazırlanmasına yönəlmiş innovasiyaları dəstəkləmək kimi tədbirləri əhatə edir.

Paylaş:
258

Son xəbərlər

Bu gecə yollar buz bağlayacaq - XƏBƏRDARLIQBu gün, 13:56Su sayğaclarının donvurmadan qorunması ilə bağlı MÜRACİƏT - VİDEOBu gün, 13:31Bazar günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 13:15Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşırBu gün, 13:06Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 12:38Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər ilə ilin yekununa dair toplantı keçirilibBu gün, 12:22Şəmkirdə evdə partlayışda ana və qızı xəsarət alıbBu gün, 11:57NİİM: Bakıda bəzi yollarda sıxlıq müşahidə edilirBu gün, 11:39Binədə qanunsuz tikililər sökülübBu gün, 11:36Ötən gün xeyli sayda silah-sursat aşkarlanıbBu gün, 11:17Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilibBu gün, 10:57Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri arasında görüş keçirilibBu gün, 10:36Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 10:1214 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib13 / 12 / 2024, 17:43Sumqayıtda fəhlə iş zamanı ölüb13 / 12 / 2024, 17:29Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib13 / 12 / 2024, 17:16Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib13 / 12 / 2024, 17:05
Bütün xəbərlər