Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan var

Qafar Ağayev13:09 - 29 / 11 / 2024
Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan var

Bakı-Qazax magistralında avtobusla yük avtomobili toqquşub.

1news.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Paylaş:
191

Son xəbərlər

Bütün xəbərlər