Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Qafar Ağayev10:00 - 29 / 11 / 2024
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən 1news.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Paylaş:
142

Son xəbərlər

Bütün xəbərlər