Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev14:42 - 02 / 12 / 2024
Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, azad olunan ərazilərdə noyabr ayı ərzində 85 tank əleyhinə mina, 456 piyada əleyhinə mina, 2274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 4707,4 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Paylaş:
156

Son xəbərlər

Bütün xəbərlər