MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək

Qafar Ağayev17:30 - 02 / 12 / 2024
MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək

Bələdiyyə seçkilərinə xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bu barədə qərar qəbul olunacaq:

"Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir".

Paylaş:
126

Son xəbərlər

Bütün xəbərlər