15 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

15 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

Qafar Ağayev12:39 - 02 / 12 / 2024
15 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi noyabr ayı ərzində 15 aptekdə yoxlama aparıb.

Bu barədə 1news.az-a Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.

Paylaş:
178

Son xəbərlər

Bütün xəbərlər