Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb - YENİLƏNİB 1

11:30 - 03 / 12 / 2024
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb - YENİLƏNİB 1

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, partlayış nəticəsində 6 nəfər xilas edilib.

09:38

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında mənzildə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

FHN Mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, bu vaxtadək üç nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əlavə məlumat veriləcək.

08:59

03.12.2024-cü il tarixində saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfər (2 kişi cinsli, 1 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər