Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Qafar Ağayev12:02 - Bu gün
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Bu gün saat 12:00-dan etibarən şagird sayı 500 nəfərdən çox olan və vakant direktor vəzifəsi mövcud olan ümumi təhsil müəssisələri üçün elektron qeydiyyat mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a verilən xəbərə görə, müsabiqədə ali təhsilli, pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ixtisaslaşmış, minimum 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Bildirilib ki, namizədlərin təqdim etdiyi məlumatların müsabiqə şərtlərinə uyğunluğu yoxlanıldıqdan sonra yalnız tələblərə cavab verən ərizələr təsdiqlənəcək.

Direktorların işə qəbul müsabiqəsi namizədlərin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə iki mərhələdə - yazılı imtahan və müsahibə mərhələsində keçiriləcək. Müsabiqənin yazılı imtahan mərhələsində namizədlər test və esse yazı imtahanında iştirak edəcəklər. Test üsulu ilə keçiriləcək ilk hissədə iştirakçılara pedaqogika və metodika üzrə 20, idarəetmə və hüquqi baza, təhsil qanunvericiliyi, liderlik və menecment, riyazi məntiq üzrə hər biri 10 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanını uğurla başa vuran namizədlər esse yazı imtahanına dəvət ediləcək. Burada tələb olunan balı toplayan namizədlər son mərhələ olan müsahibə mərhələsinə keçid hüququ qazanacaqlar. Müsahibə mərhələsində namizədlərin emosional intellekti, kommunikasiya və komanda qurma bacarıqları, təqdimetmə, liderlik və problem həll etmə qabiliyyətləri qiymətləndiriləcək.

Paylaş:
68

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıbBu gün, 17:58Gənc yazar dünyasını dəyişdiBu gün, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcəkBu gün, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunurBu gün, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTOBu gün, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnibBu gün, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıbBu gün, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşübBu gün, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcəkBu gün, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTOBu gün, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20
Bütün xəbərlər