“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıb

12:12 - 06 / 12 / 2024
“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıb

Nazirlər Kabineti 26 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kosmik Agentliyin (“Azərkosmos”) Nizamnaməsi”ndə dəyişiklik edib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 75 000 000 manat və yaxud 18,8 % artırılaraq 398 605 880 manatdan 473 605 880 manata çatdırılıb.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər