Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətlə Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” növbəti beynəlxalq uğurlar qazanıblar.
1news.az xəbər verir ki, xidmətin fəaliyyət sahələrində innovativ yanaşmaların geniş tətbiqi və “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün qiymətləndirmə dəstəyi “Global Banking & Finance Review” beynəlxalq jurnalının (Böyük Britaniya) müsabiqəsində münsiflər heyətinin yüksək qiymətini alıb.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi müsabiqənin qalibləri sırasına daxil edilərək “İnnovasiyada Mükəmməllik-2024” mükafatlarına layiq görülüblər.
https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2024-award-winners/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Xorvatiya, Portuqaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və s. daxil olmaqla 100-ə yaxın ölkədən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib