Müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi azaldılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi azaldılır

Qafar Ağayev15:07 - 13 / 12 / 2024
Müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi azaldılır

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.

1news.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi təklif olunub.

Hazırkı qanunvericiliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.

Dəyişikliklə son yaş həddi 31,5 olacaq.

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər