Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Qafar Ağayev17:05 - 13 / 12 / 2024
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.

1news.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Xatırladaq ki, dekabrın 30-da bu marşrut üzrə hər iki istiqamətə qatar reysləri təşkil ediləcək.

Eyni zamanda, dekabrın 31-də Bakıdan Qəbələyə, yanvarın 2-də isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.

Paylaş:
147

Son xəbərlər

Bütün xəbərlər