Paytaxtın 2 rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın 2 rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Qafar Ağayev09:33 - 16 / 12 / 2024
Paytaxtın 2 rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Xəzər və Qaradağ rayonlarında qaz olmayacaq.

Bu barədə 1news.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Xəzər rayonu, Buzovna qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Qaradağ rayonunda qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun isə Ş. Əsgərov, M. Seyidov, Ə. Gülbabayev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
145

Son xəbərlər

Bütün xəbərlər