2025-ci il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

2025-ci il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub

Qafar Ağayev11:38 - 16 / 12 / 2024
2025-ci il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub

Növbəti il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub.

1news.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında İşsizlikdən sığorta fondunun büdcəsi müzakirəyə çıxarılıb.

Sənədə əsasən, işsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;

- İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş:
141

Son xəbərlər

Bütün xəbərlər