DGK sədri: Dövlət büdcəsi ilə bağlı proqnozun yerinə yetirməsində problem yoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

DGK sədri: Dövlət büdcəsi ilə bağlı proqnozun yerinə yetirməsində problem yoxdur

Qafar Ağayev13:21 - Bu gün
DGK sədri: Dövlət büdcəsi ilə bağlı proqnozun yerinə yetirməsində problem yoxdur

Büdcə proqnozunun yerinə yetirilməsində hər hansı bir problem, çətinlik yoxdur. Növbəti ilin də büdcə sənədləri qəbul olunub və biz müəyyən olunmuş tapşırıqları yerinə yetirəcəyik.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində jurnalistlərə açıqlaması zamanı deyib.

“Gömrük orqanları bu il də büdcə proqnozunun yerinə yetirilməsini təmin edəcək. Bu proqnoz hesablamalara əsaslanır. Ticarət əməliyyatları, xüsusilə idxalın həcmi nəzərdən keçirilir. Daha sonra dəqiq rəqəmlər təsbit olunur. Hesablanan rəqəmlər beynəlxalq praktikaya əsaslanır. Bunun nəticəsində sahibkarlar ödənişləri dövlət büdcəsinə məmnuniyyətlə ödəyirlər. Hər kəs gömrük rüsumlarının və vergilərin ödənilməsinə görə qürur hissi keçirməlidir. Nəticə etibarı ilə toplanan vergilər hər birimizin həyat səviyyəsinə təsir edir. Belə ki, büdcə vəsaitləri müxtəlif pensiyaların ödənilməsi, quruculuq işləri, infrasutruktur layihələrinin icrasına yönəldilir”, - deyə o qeyd edib.

DGK sədri bildirib ki, gömrük ödənişlərinin hesablanması üçün gömrük dəyəri formalaşmalıdır: “Bu dəyər vahid metodiki hesablama əsasında həyata keçirilir. gömrük dəyərinin müəyyən edilməsi gömrük işi sayəsində ən önəmli məsələlərdəndir. Bir daha vurğulamaq istəyirəm ki, bu proseslərdə əsas rolu sahibkarlar oynayır”.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər