Ağalı kənd məktəbinə yeni direktor təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağalı kənd məktəbinə yeni direktor təyin olunub

15:13 - 20 / 12 / 2024
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub

Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.

1news.az-ın “Report”a istinadən əldə etdiyi məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə bu vəzifəyə Niftəliyev Azər Əlizamin oğlu təyinat alıb.

Məlumatı “Report”un sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsi təsdiqləyib.

Qeyd edək ki, A.Niftəliyev bu vəzifəyə təyin olunanadək Zəngilan rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, məktəbin bundan əvvəlki direktoru Nərmin Həsənova bu ilin iyul ayında səhhəti ilə əlaqəli ərizə yazaraq işindən ayrılıb. Direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Sahil Aslanlıya həvalə olunmuşdu.

Paylaş:
166

Son xəbərlər

Bütün xəbərlər