Azərbaycan-Ermənistan sərhədində ard-arda üç dəfə zəlzələ olub
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində 3 bal gücündə zəlzələ qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar 10 km dərinlikdə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 3:03-də qeydə alınıb.
Üçüncü zəlzələ isə 3.8 bal gücündə olub. Bildirilib ki, yeraltı təkanlar 12 km dərinlikdə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 3:07-də qeydə alınıb.
125