Ramzan Kadırovun paylaşımında qəza nəticəsində 25 nəfərin sağ qaldığı bildirilib
Çeçenistan rəhbəri Ramzan Kadırov Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
1news.az xəbər verir ki, Kadırov bu barədə öz teleqram kanalında paylaşım edib.
"Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktauda baş vermiş qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm," deyə Çeçenistan rəhbəri qeyd edib.
Kadırovun paylaşımında qəza nəticəsində 25 nəfərin sağ qaldığı bildirilib.
52