Qazaxıstan FHN: Təyyarə qəzasından sonra 22 nəfər xəstəxanaya yerləşdirilib

Aktau yaxınlığında qəza edən AZAL təyyarəsinin sərnişinlərindən 25 nəfərin sağ qaldığı bildirilir.
1news.az xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla ümumilikdə 67 nəfər olub.
“Yaralılar haqqında məlumat dəqiqləşdirilir. İlkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya yerləşdirilib,” - nazirliyin açıqlamasında deyilir.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün ümumilikdə 150 nəfərlik şəxsi heyət, o cümlədən dispetçer xidməti, qeyri-dövlət yanğınsöndürmə xidməti və polis departamentinin əməkdaşları, həmçinin 45 texnika cəlb edilib.
Sərnişinlərin siyahısının dəqiqləşdirilməsi işləri davam etdirilir
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.