Qəzada həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirildi - Aralarında Hökümə də var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzada həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirildi - Aralarında Hökümə də var

Qafar Ağayev11:06 - 26 / 12 / 2024
Qəzada həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirildi - Aralarında Hökümə də var

Ötəngünkü təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

1news.az “tengrinews.kz”ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Bildirilib ki, həlak olan 38 şəxsin meyiti məhkəmə-tibbi ekspertiza mərkəzinə aparılıb, onların 6-sı Qazaxıstan vətəndaşı və 3-ü ekipaj üzvüdür.

Həlak olanlar arasında ekipaj üzvləri - pilotlar İqor Kşnyakin və Kalyaninov Aleksandr, həmçinin baş təyyarə bələdçisi Hökümə Əliyeva da var.

Digər bələdçilər Zülfüqar Əsadov və Aydan Rəhimli isə sağ olaraq qurtulub.

Qeyd edək ki, Hökümə Əliyeva əslən Kəlbəcər rayonundan olan Gəncə sakinidir. O, BDU-da hüquq üzrə magistratura pilləsini bitirib.

Paylaş:
187

Son xəbərlər

Bütün xəbərlər