Təyyarə qəzasında həyatını itirən Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təyyarə qəzasında həyatını itirən Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib

10:56 - 27 / 12 / 2024
Təyyarə qəzasında həyatını itirən Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.

Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.

Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.

Paylaş:
176

Son xəbərlər

Bütün xəbərlər