Gəncədə qanunsuz tikintinin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

13:59 - 28 / 12 / 2024
Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

Gəncədə qeyri-qanuni tikintisi aparılan yaşayış sahələri aşkarlanıb.

Bu barədə 1news.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Gəncədə müvafiq icazəverici sənədləri olmadan tikinti aparan şəxslərə qarşı monitorinqlər davam edir. Şəhərin bir sıra ərazilərində dövlətə məxsus torpaq sahəsində qeyri-qanuni tikintisi aparılan yaşayış sahələri aşkarlanaraq, müvafiq tədbir görülüb və dövlət torpağının zəbtinin qarşısı alınıb.

Qeyd edilib ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır. Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Paylaş:
116

Son xəbərlər

Bütün xəbərlər