2024-cü ildə mediadan TƏBİB-ə nə qədər sorğu daxil olub? - Zamirə Ədilova açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

2024-cü ildə mediadan TƏBİB-ə nə qədər sorğu daxil olub? - Zamirə Ədilova açıqladı

Qafar Ağayev11:16 - 28 / 12 / 2024
2024-cü ildə mediadan TƏBİB-ə nə qədər sorğu daxil olub? - Zamirə Ədilova açıqladı

“Başa vurduğumuz 2024-cü müxtəlif media subyektlərindən TƏBİB-ə ümumilikdə 2 342 sorğu daxil olub” .

1news.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya

departamentinin rəhbəri Zamirə Ədilovanın

“Media nümayəndələri üçün tibbi savadlılıq təlimi”ndə deyib.

“ Onlardan 2 277-si (97,2%-i) cavablandırılıb. Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub. Ötən müddət ərzində göndərilən sorğuların 65-i (2,8%-i) TƏBİB-in səlahiyyətlərinə aid olmayan sorğular olub.

“ Məsələn, həmin istiqamətdə olan sorğuları diqqətinizə çatdırmaq istəyirəm. Apteklərin fəaliyyəti, reseptlərə yazılan qida əlavələri, estetik və plastik cərrahların qanunsuz fəaliyyəti, ölkə üzrə epidemioloji vəziyyət, evdə ölüm hallarının səbəbləri, icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi, TƏBİB-in tabeliyində olmayan tibb müəssisələrində baş verən hadisələrlə bağlı ünvanladığınız suallar bu qəbildəndir” .

O deyib ki, departamentimiz il ərzində qurumun fəaliyyəti bağlı press-relizlərin hazırlanaraq sizə təqdim olunması istiqamətində də uğurla çalışıb.

“İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən 2024-cü il 11 ayı ərzində qurumun fəaliyyəti ilə bağlı 265 press-reliz hazırlanaraq media subyektləri vasitəsilə ictimaiyyətə çatdırılıb.

Bundan başqa, televiziya kanallarının ünvanladıqları sorğular əsasında, eləcə də TƏBİB-in təşkil etdiyi müxtəlif görüş, təqdimat, açılış və sərgilərə dəvət olunan media nümayəndələri tərəfindən aparılan çəkilişlərin sayı 1 800-dən çox olub.

Media orqanları üçün eksklüziv olaraq rəhbərin 10 müsahibəsi təşkil edilib”.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər