Şirvanda 28 yaşlı gənci bıçaqlayan saxlanılıb

Şirvan sakini bıçaqlanıb.
1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, bu gün günorta saatlarında Şirvan şəhər sakini Q.Salayev aralarında yaranmış mübahisə zəminində həmyerlisi N.Abışova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Q.Salayev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.
320