ATU: Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-3 | 1news.az | Xəbərlər
Cəmiyyət

ATU: Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-3

19:11 - 02 / 01 / 2025
ATU: Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib - YENİLƏNİB-3

Həkimlər ağır vəziyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub.

Bu barədə 1news.az-a Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib.

O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.

Hazırda onun müalicəsi ATU-nun Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.

Xatırladaq ki, daha əvvəl aktyorun ölüm xəbəri yayılıb.

***

17:00

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində koma vəziyyətində olan aktyor vəfat edib.

Bu barədə 1news.az-a klinikadan məlumat verilib.

***

16:50

Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib.

1news.az xəbər verir ki, ATU-nun mətbuat katibi Günel Aslanova “Report”un sorğusuna cavab olaraq bildirib ki, aktyor ötən gecə ağır vəziyyətdə tibb müəssisəsinə gətirilib.

O qeyd edib ki, A.Baxşəliyev gətirilərkən koma vəziyyətində olub və dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır, aparata qoşulub.

***

16:06

Aktyor Azər Baxşəliyev vəfat edib.

1news.az "Report"a istinadən xəbər verir ki, Aktyor bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi.

Paylaş:
461

Son xəbərlər

Türkiyədə zəlzələ olub

04 / 01 / 2025, 12:52
Bütün xəbərlər