Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlanıb

Qafar Ağayev16:29 - 06 / 01 / 2025
Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı açıqlanıb

Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb.

1news.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, namizədlər 23 siyasi partiyanı təmsil edirlər:

"Onlardan 8 min 429 nəfəri siyasi partiyanın nümayəndələridir".

MSK sədri bildirib ki, bu gün təşviqat prosesi başlayıb:

"İndi əsas diqqətimizi təşviqat prosesinə yönəltmişik. Çalışmalıyıq ki, proseslər qanuni çərçivədə davam etsin".

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər