Nazir müavini: Hesab edirik ki, təyin olunan parklanma qiymətləri imtiyazlıdır
“Biz hesab edirik ki, Bakı şəhərində avtomobil parklanması üçün qiymət aşağıdır”.
1news.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov brifinqdə deyib.
“Məqsəd nəqliyyatın hərəkətinin müəyyən edilməsidir. Hazırda aparılan işlər məhdud resursun səmərəli istifadə edilməsidir” .
O, bildirib ki, təyin olunan qiymətlər imtiyazlıdır.
“Vətəndaşa evinin yaxınlığında avtomobilini ödənişsiz saxlamaq üçün üçün imkan yaradılıb. Müraciət edib asanlıqla icazə almaq olur” .
Nazir müavini deyib ki, hazırda Bakı şəhərinin müxtəlif yerlərində ödənişsiz parkinqlər müəyyən edilib.
“Zamanla Bakı şəhərinin başqa ərazilərində zamanla ödənişsiz parklanma yerləri təyin olunacaq. Ancaq bir daha qeyd edirəm ki, başqa şəhərlərlə müqayisədə Bakı şəhərində parklanma qiymətləri çox aşağıdır”.