Azərbaycan xarici işlər nazirininn müavini Maldivə səfər edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan xarici işlər nazirininn müavini Maldivə səfər edib

Qafar Ağayev12:00 - Bu gün
Azərbaycan xarici işlər nazirininn müavini Maldivə səfər edib

Maldiv Xarici İşlər Nazirliyinin ikitərəfli katibi Hala Hameed Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.

1news.az xəbər verir ki, bu barədə Maldiv Respublikasının sosial media hesabında məlumat verilib.

Bildirilib ki görüş hökumət və özəl sektorun rəsmi şəxslərindən ibarət nümayəndə heyətinə rəhbərlik edən Elnur Məmmədovun Maldiv adalarında rəsmi səfəri çərçivəsində baş tutub.

Qeyd edilib ki, Maldiv Respublikası və Azərbaycan Respublikası rasında 1-ci İkitərəfli Məsləhətləşmə bu gün keçiriləcək.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər