Bakıda 6 kq çəkidə körpə doğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 6 kq çəkidə körpə doğulub

Qafar Ağayev09:19 - Bu gün
Bakıda 6 kq çəkidə körpə doğulub

Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib.

KTM-dən 1news.az-a verilən məlumata görə, təbii doğuşla hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.

Qeyd olunub ki, müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Məlumata görə, hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər